Ayxan Abbasov "Araz-Naxçıvan"la oyunda iki futbolçunun xidmətindən məhrumdur

Ayxan Abbasov "Araz-Naxçıvan"la oyunda iki futbolçunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının (MPL) 6-cı turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Şamaxı" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

"Komandada cəzalı futbolçu yoxdur. İki oyunçu zədə səbəbindən "Araz-Naxçıvan"a qarşı oynamayacaq ki, bunlar da Edqar Adilxanov və Andrey Tirkoveanudur".

"Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması sentyabrın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti 15:30-da səsləndiriləcək. Naxçıvan təmsilçisi MPL-in turnir cədvəlində 10 xalla 3-cü pillədə qərarlaşıbsa, 5 xala malik "bənövşəyilər" 9-cu sırada mövqe tutublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər