Ayaz Quliyev "Neftçi"yə keçir? - AÇIQLAMA

Ayaz Quliyev "Neftçi"yə keçir? - AÇIQLAMA

"Neftçi” Moskva "Spartak”ında möhkəmlənə bilməyən Ayaz Quliyevin xidmətində maraqlı deyil.

 

 

Bunu Fanat.Az-a açıqlamasında Bakı təmsilçisinin sözçüsü Rüstəm Allahverdiyev deyib:

"Klubun İdman Departamentindən soruşdum. Ayazla hər hansı şəkildə maraqlanmadıqlarını bildirdilər. Bu futbolçunun transferi "Neftçi”nin planlarına daxil deyil”.

Qeyd edək ki, moskvalılar azərbaycanlı yarımmüdafiəçiyə "Krılya Sovetov”a keçməyi məsləhət görsələr də, oyunçu özü bu varianta razılaşmayıb. Hazırda bir neçə klubla danışıq aparan 23 yaşlı futbolçunun Azərbaycan klublarından birinə keçmək ehtimalı barədə də xəbərlər yayılıb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər