Avropadakı ən yaxşımız "Qarabağ"dı

Avropadakı ən yaxşımız "Qarabağ"dı
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, 453 klubun yer aldığı siyahıda Azərbaycanın 7 təmsilçisi var.
Ən yaxşı göstəriciyə imza atan "Qarabağ" ötən ayla müqayisədə 1 pillə geriləyib. Aktivində 7.575 xal olan Ağdam klubu 207-ci yeri tutub. 
İki pillə geriləyən "Neftçi" 7.075 xalla 218-ci olub. "İnter" (286-cı yer, 4.325 xal), "Bakı" (289-cu yer, 4.325 xal), "Xəzər Lənkəran" (307-ci yer, 3.825 xal), AZAL (379-cu yer, 2.325 xal), "Simurq" (380-ci yer, 2325 xal) ötən aykı mövqeyini qoruyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər