Avropada ilk oyununu "Neftçi"yə qarşı keçirən futbolçu "Korintians"da

Avropada ilk oyununu "Neftçi"yə qarşı keçirən futbolçu "Korintians"da
"Beşiktaş"dan ayrılan Vaqner Lavın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, vətəni Braziliyaya dönən  hücumçu "Korintians"a keçib. 34 yaşlı futbolçu ilə 2020-ci ilin yayınadək müqavilə imzalayan San-Paulu təmsilçisi transfer haqqı ödəməyib. 
Qeyd edək ki, Lav 2015-ci ildə də "Korintians"da çıxış edib və 2016-cı ildə 1.5 milyon avroya "Monako"ya keçib. Onun Rusiya ÇSKA-sının heyətində debütü 2004-сü il avqustun 4-də Moskvada "Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunun 46-cı dəqiqəsində meydana çıxmış "sambaçı" 72-ci dəqiqədə fərqlənərək komandasının 2:0 hesablı qələbəsində pay sahibi olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər