Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisi ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisi ilə qarşılaşacaq

UEFA Avropa Liqasında 2026/2027 mövsümünün ilk püşkatma mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda AL-in birinci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri"yə rəqib olub.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər