Avropa Kuboku: "Neftçi" "Pyarnu"nun qonağıdır

Avropa Kuboku: "Neftçi" "Pyarnu"nun qonağıdır

Bu gün "Neftçi" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində ikinci matçına çıxacaq. Fanat.Az xəbər verir ki, Kostas Vasiliadisin çalışdırdığı kollektiv Estoniya "Pyarnu"sunun qonağı olacaq. 20:00. "Pyarnu" (Estoniya) - "Neftçi" (Azərbaycan) Pyarnu. Bakı təmsilçisinin heyəti belədir: Şakael Prays, Elayca Hokins, Nicat Nəsirov, Aleksa Stepanoviç, Ulaş Turqut, Miliç Starovlax, Cəbrayıl Əkbərov, Ramazan Qarayev, Rob Hovard, Zakariya Hiks, Ağa Aağayev, Tunar Hacızadə. "Neftçi" Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə yenib. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq. Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər