Avrokuboklarda oynamayacaq - "Qarabağ"da şok

Avrokuboklarda oynamayacaq - "Qarabağ"da şok
"Qarabağ" gözlənilməz itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Ağdam klubu Namiq Ələsgərovun xidmətindən məhrum olub.
Xəbəri baş məşqçi Qurban Qurbanov verib. Baş məşqçi bildirib ki, Ələsgərovun xidmətindən avrokubok oyunlarında istifadə edə bilməyəcəklər.
Baş məşqçi millinin Kanada ilə keçirdiyi yoldaşlıq matçında zədəsini təzələyən yarımmüdafiəçinin ardıcıl 3-cü dəfə eyni yerdən zədələnməsini həkimlərin diqqətsizliyinə bağlayıb. Qurbanovun fikrincə, Namiq bəlkə də, tam sağalmamış oyuna çıxıb, həkimlər tərəfindən bir az diqqətsizlik olub. Qurbanov Ələsgərovu Türkiyəyə göndərdiklərini deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər