AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı

AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı
Türkiyə millisi Avropa çempionatının açılış oyunu üçün İtaliyaya yollanıb.
Fanat.Az xəbər verir ki, Şenol Güneşin baş məşqçi olduğu komanda Almaniyada təlim-məşq toplanışını bitirərək Romaya gedib.
Qeyd edək ki,Türkiyə yığması Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər