"Atletiko" "Arsenal"ın ulduzunu pulsuz almaq istəyir

"Atletiko" "Arsenal"ın ulduzunu pulsuz almaq istəyir

London "Arsenal"ının yarımmüdafiəçisi Jorginyo İngiltərə Premyer Liqasını İspaniya La Liqasına dəyişə bilər. Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. Mənbənin məlumatına görə, 31 yaşlı italiyalı yarımmüdafiəçinin xidmətində "Atletiko Madrid" maraqlıdır. Paytaxt klubu Jorginyonu gələn yay - futbolçunun "topçular"la müqaviləsinin müddəti başa çatdıqdan sonra havayı ələ keçirmək niyyətindədir. Onun transfer qiyməti 25 milyon avrodur. Təcrübəli yarımmüdafiəçi bu mövsüm İngiltərə çempionatında 3 oyun keçirib, qol vurmayıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər