"Atalanta"dan Qasperiniyə cəlbedici təklif - "Napoli"yə keçəcəyindən qorxurlar

"Atalanta"dan Qasperiniyə cəlbedici təklif - "Napoli"yə keçəcəyindən qorxurlar

"Atalanta" baş məşqçi Can Pyero Qasperiniyə cəlbedici yeni müqavilə təklif edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin məlumatına görə, 66 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Berqamolular italyan mütəxəssisi daha uzun müddət saxlamaq istəyir. Ona cəlbedici anlaşma təklif olunacaq.

Qeyd edək ki, son günlər "Napoli"nin Can Pyero Qasperini ilə anlaşmağa çalışdığı barədə xəbərlər dolaşır.  Qasperini 2016-cı ildən "Atalanta"nın "sükanı arxası"ndadı. Bu mövsüm onun rəhbərliyi altında komanda Çempionlar Liqasına vəsiqə qazanıb, İtaliya Kubokunun finalına yüksəlib və Avropa Liqasının qalibi olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər