UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod" - "Qarabağ" oyununun hakim təyinatları bəllidir.
Fanat.Az xəbər verir ki, matçı Serbiyadan olan hakimlər idarə edəcək.
Referi Novak Simoviçə yan xətt hakimləri - Nikola Coroviç və Miloş Simoviç yardım edəcək. Dördüncü hakim funksiyasını Aleksandr Jivkoviç yerinə yetirəcək.
"Aşdod" - "Qarabağ" qarşılaşması iyulun 29-u Bakı vaxtı ilə 21:00-da İsraildə baş tutacaq.
Nihat