"Arsenal"ın və Şotlandiya millisinin müdafiəçisi Kiran Tirni iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Xəbərə görə, Aleksandr Zinçenkonun heyətə qatılmasından sonra az oynayan Tirninin xidmətində "Nyukasl" maraqlıdır. Mənbə sol cinah müdafiəçisi axtarışında olan "sağsağanlar"ın 25 yaşlı futbolçu üçün "topçular"a rəsmi təklif hazırladığını vurğulayıb. Daha çox forma şansı qazanmağı hədəfləyən Kiranın "Nyukasl" variantına isti yanaşdığı bildirilib.
Qeyd edək ki, Tirni 2019-cu ildə "Seltik"dən transfer olunub.
Nihat