"Arsenal"ın futbolçusu Meksika klubuna keçdi

"Arsenal"ın futbolçusu Meksika klubuna keçdi

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Marselo Flores Meksika liqasına keçir. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

19 yaşlı meksikalı karyerasını vətənində San-Nikolas de los Qarsa şəhərinin "UANL Tigres" klubunda davam etdirəcək. 

Floresin yeni müqaviləsi 4 illikdir. Yarımmüdafiəçi yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Marselo Flores “Arsenal”ın yetirməsidir. O, London klubunun gənclər komandasında ümumilikdə 52 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Meksikalı son mövsümü icarə əsasında İspaniyanın "Ovyedo"sunda keçirib və bu komandada 15 oyuna çıxaraq, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər