"Arsenal" yetirməsini Qətər klubuna satdı

"Arsenal" yetirməsini Qətər klubuna satdı

London "Arsenal"ının yarımmüdafiəçisi Tim Akinola karyerasını Qətər çempionatından "Əl-Biddi"də davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 22 yaşlı nigeriyalı Qətər klubu ilə 3 illik müqavilə imzalayıb.  Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.   Tezliklə Nigeriya əsilli Akinolanın Qətər klubunda rəsmi təqdimatı gözlənilir.

Tim Akinola "Arsenal"ın yetirməsidir, lakin o, yalnız London klubunun gənclərdən ibarət komandalarında çıxış edib. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında "Çesterfild"də keçirib, burada 31 oyun keçirib və Milli Liqanın pley-off finalına yüksəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər