London "Arsenal"ı yay transfer pəncərəsində hücumçulardan biri ilə ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” braziliyalı hücumçu Qabriel Jesusla ayrılmağa hazırlaşır. Klub rəhbərliyi potensial alıcılardan təklif gözləyir. "Arsenal" hücumçunu 70 milyon avroya satmağa hazırdır.
Hücumçunun londonlularla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
27 yaşlı braziliyalı İngiltərə Premyer Liqasının cari mövsümündə 24 matçda iştirak edib. Qabriel bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa