"Arsenal" skautlarını İspaniyaya göndərdi - Hədəfdəki futbolçular bilindi 

"Arsenal" skautlarını İspaniyaya göndərdi - Hədəfdəki futbolçular bilindi 

London "Arsenal"ı "Real Sosyedad"ın iki oyunçusuna göz dikib. 

Fanat.Az xəbər verir ki, söhbət yarımmüdafiəçi Martin Subimendi ilə müdafiəçi Robin le Normandan gedir. 

İnformasiyanı insayder Fabritio Romano yayıb. 

Onun məlumatına görə, “topçular” bu futbolçuları izləmək üçün İspaniyaya skautlarını göndərib.

Subimendi bir müddət əvvəl "Barselona"nın hədəfində olsa da, kataloniyalılar "Real Sosyedad"ın 70 milyon avroluq tələbindən sonra transferdən imtina edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər