"Arsenal" qapıçısına qiymət qoydu - MƏBLƏĞ

"Arsenal" qapıçısına qiymət qoydu - MƏBLƏĞ

London "Arsenal"ının qapıçısı Aaron Ramsdeyl yay transfer pəncərəsində klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Alan Nikson məlumat yayıb. 

Mənbənin məlumatına görə, "topçular"ın rəhbərliyi 50 milyon avro qarşılığında futbolçu ilə yollarını ayırmağa hazırdır. Komandanın baş məşqçisi Mikel Arteta ispaniyalı David Rayaya daha çox güvənir və buna görə də Ramsdeylin satışına mane olmayacaq. 

Aaron ötən mövsüm London komandasının heyətində 11 matçda iştirak edib və 12 qol buraxıb. Üç görüşdə isə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" qapıçının qiymətini 25 milyon avro dəyərləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər