London "Arsenal"ı misirli yarımmüdafiəçisi Mohamed Elneni ilə müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu müddəti 2024-cü ilin yayına qədər olan müqaviləyə imza atıb.
Elneni yeni sözləşməyə qol çəkəndən sonra eyni mənbəyə danışıb:
"Bu klubu 2016-cı ildən təmsil etdiyim üçün qürur duyuram. Komandamızdakı indiki ruh yüksəkliyi və birlik o qədər pozitiv ab-hava yaradır ki, yeni müqaviləyə görə xoşbəxt olmaya bilmərəm".
Qeyd edək ki, Elneni 2016-cı ildə "Bazel"dən transfer edilib. O vaxtdan bəri "Arsenal" forması ilə 155 oyuna çıxan Mohamed 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat