"Arsenal" forvardını satmağa qərar verdi - Bu qiymətə

"Arsenal" forvardını satmağa qərar verdi - Bu qiymətə

İngiltərəli hücumçu Eddi Nketia yay transfer pəncərəsində London "Arsenal"ını tərk etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Deadline Day Live" yayıb.

Mənbənin məlumatına görə, "topçular"ın rəhbərliyi 24 yaşlı futbolçunu təxminən 47 milyon avro qarşılığında satmağa hazırdır.  

2019-cu ilin yanvarından "Arsenal"da çıxış edən forvardın londonlularla hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. "Transfermarkt" forvardın dəyərini 30 milyon avro qiymətləndirir. 

Nketia bu mövsüm İngiltərə Premyer Liqasında 36 matçda iştirak edib və 6 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər