"Arsenal" Edeqorla bağlı yekun qərarını verdi

"Arsenal" Edeqorla bağlı yekun qərarını verdi

London "Arsenal"ı yarımmüdafiəçi Martin Edeqor ilə bağlı qərarını verib. 

Fanat.Az məlumatına görə, informasiyanı  şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

"Topçular"ın Martinlə müqavilə yeniləmək üçün danışıqlara başladığı və tərəflərin razılığa gəlmək ehtimalının yüksək olduğu bildirilib.

"Arsenal" Edeqoru 2021-ci ilin avqustunda, 35 milyon avro qarşılığında  "Real Madrid"dən alıb. Onun İngiltərə təmsilçisi ilə indiki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 24 yaşlı norveçlinin transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər