"Leypsiq"in mərkəz müdafiəçisi Mohamed Simakan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian"ın jurnalisti Ed Aarons "Twitter" hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, "Arsenal" 23 yaşlı futbolçu ilə yaxından maraqlanır.
O, dekabrda alman klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb. Simakanın bazar dəyəri 28 milyon avrodur.
Fransalı müdafiəçi bu mövsüm 34 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa