"Arsenal" 80 milyona aldığı hücumçudan xilas ola bilmir

"Arsenal" 80 milyona aldığı hücumçudan xilas ola bilmir

London “Arsenal”ı ilə İstanbulun “Beşiktaş” klubu Fil Dişi Sahilindən olan hücumçu Nikolya Pepenin transferi ilə bağlı razılığa gələ bilmir. 

Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər hələ də danışıqlar aparır, lakin hələlik razılığa gələ bilmirlər. Eyni zamanda, Nikolasın özü də artıq tibbi müayinədən keçib və Türkiyə komandasına keçməyə razılıq verib.

"Topçular" Pepeni 2019-cu ilin yayında Fransanın "Lill" klubundan 80 milyon avroya alıb. Tərəflər arasında mövcud müqavilənin müddəti gələn ilin ortalarına qədərdir. Futbolçu ötən mövsüm "Nitsa"da icarə əsasında çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər