London "Arsenal"ı yay transfer pəncərəsində hücum xəttini gücləndirəcək.
Fanat.Az “The Telegraph”-a istinadən xəbər verir ki, “topçular” “Leypsiq”in hücumçusu Benyamin Şeşko ilə ciddi maraqlanır.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçunu transfer etmək üçün bir neçə klub təklif göndərsə də, favorit məhz “Arsenal”dır. Potensial transfer məbləği 75 milyon avro olaraq qiymətləndirilir. Şeşko ilə bağlı mübarizədə londonluların rəqibləri “Mançester Yunayted” və “Milan”dır.
Sloveniyalı forvard Almaniya çempionatının bu mövsümündə 30 oyun keçirib və bu matçlarda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.