"Arsenal" "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedoya elçi düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
"Topçular" hələ qışdan futbolçunu transfer etməyə cəhd etmişdi. Lakin "Brayton" 80 milyonluq təklifə "yox" cavabı vermişdi. Ancaq "Arsenal" Ekvador millisinin üzvündən vaz keçməyib.
Ötən ay "Brayton"la yeni müqaviləyə imza atan 21 yaşlı futbolçuya 100 milyon avro qiymət qoyulub.
Röya