Arne Slot "Arsenal" ilə xal fərqinin 11-ə çatmasına belə münasibət bildirdi

Arne Slot "Arsenal" ilə xal fərqinin 11-ə çatmasına belə münasibət bildirdi

İngiltərə Premyer Liqasının (İPL) 26-cı turunda səfərdə "Mançester Siti"ni məğlub edən (2:0) "Liverpul"un baş məşqçisi Arne Slot komandasının ən yaxın təqibçisi "Arsenal" ilə xal fərqini 11-ə çatdırmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"İstənilən başqa liqada bu fərq böyük rahatlıq sayılardı. Burada isə hər matç çox sayda çağırış deməkdir. Əlbəttə, biz yaxşı durumdayıq, amma "Arsenal"ın ehtiyatda iki oyunu var. Biz isə "Vulverhempton"u hansı çətinliklə yenə bildiyimizi çox yaxşı xatırlayırıq".

Qeyd edək ki, 27 oyuna 64 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlinə başçılıq edir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər