Arif Əsədov "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi rəqibin güclü olduğunu deyib:
"Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik".
Fanat.az