Arif Əsədov "Qarabağ"la oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi hakimi günahlandırıb:
"Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks-hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq. Fasilə yaranır. Məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı".
Fanat.az