Argentinalı dünya çempionu "Qarabağ"a qarşı oynaya bilməyəcək - SƏBƏB

Argentinalı dünya çempionu "Qarabağ"a qarşı oynaya bilməyəcək - SƏBƏB

"Tottenhem"in müdafiəçisi Kristian Romero İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri görüşdə - Avropa Liqasının Liqa mərhələsinin I turunun matçında oynamayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı"The Standard" nəşri yayıb.

Buna səbəb Argentina millisi ilə dünya çempionu olan 26 yaşlı futbolçunun cəzalı duruma düşməsidir.

Hotspur komandasının vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə "köhlən atlar"la dueli kənardan izləyəcək. O, 2022/2023 mövsümündə "Milan"a qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında (ilk oyun - 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. "Tottenhem" 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından argentinalı futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər