ARDICIL 3-CÜ DƏFƏ "QARABAĞ" ÇEMPİON!

ARDICIL 3-CÜ DƏFƏ "QARABAĞ" ÇEMPİON!
Topaz Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qarabağ" sona 4 tur qalmış çempionluğunu elan edib.
XXXII turda ikinci pillənin sahibi "Zirə"nin qonağı olan Ağdam klubu çempionluq yolunda yeganə rəqibini də sıradan çıxarıb. Hesabı 28-ci dəqiqədə Dani Kintana açıb. 74-cü dəqiqədə Reynaldo Silva matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Sona 4 tur qalmış ikinci pillə ilə 15 xallıq fərq yaradan "Qarabağ" son 4 oyununu özü üçün formala çevirib.
Bu "Qarabağ"ın ardıcıl 3-cü çempionluğudu. Qurban Qurbanovun başçılıq etdiyi komanda 2013/14 və 2014/15 mövsümlərində də qızıl medallara sahib çıxıb. İlk dəfə 1993-cü ildə çempion olan "Qarabağ" tarixinin 4-cü "qızıl"ına qovuşub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər