"Başakşəhər"in futbolçusu Arda Turanla bağlı istintaq başlayıb.
Fanat.Az xəbər verir ki, buna səbəb futbolçunun müğənni Berkay Şahini vurması olub. Müğənninin həyat yoldaşı Özlem Şahin Arda Turandan prokurorluğa şikayət edib.
Qeyd edək ki, hadisə gecə klublarının birində baş verib. Arda Turan müğənninin burnunu qırıb. Futbolçunun müğənninin həyat yoldaşına sataşdığı iddia olunur.
Fanat.Az