Arda Turanın transferi rəsmən açıqlanır - Yeni klubu

Arda Turanın transferi rəsmən açıqlanır - Yeni klubu
Arda Turanın "Qalatasaray"a keçidi rəsmiləşir.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
İddia olunur ki, baş məşqçi Fatih Terimin israrından sonra rəhbərlik geri çəkilməli olub və futbolçu ilə danışıqlara başlayıb. Artıq tərəflər razılıq əldə edib. Qəzet yazır ki, Ardanın transferi bu gün və ya sabah rəsmən açıqlanacaq. Həmçinin bildirilir ki, futbolçu yetirməsi olduğu klubda pulsuz oynamağa hazır olduğunu rəhbərliyə bildirib.
Qeyd edək ki, Arda müqavilə ilə "Barselona"ya məxsus olsa da, icarə əsasında "Başakşəhər"də çıxış edirdi. O, bir neçə gün əvvəl Super Liqa klubu ilə yollarını ayırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər