Arda Turanın qiyməti ucuzlaşdı - REKORD

Arda Turanın qiyməti ucuzlaşdı - REKORD
Türkiyəli futbolçu Arda Turan sürətlə ucuzlaşıb.
Fanat.Az xəbər verir ki, məşhur "Transfermarkt” saytı Ardanın qiymətini 1,5 milyon avroya qədər aşağı salıb. Bununla da Arda türk futbolçular arasında 46-cı sıraya qədər geriləyib.
Bundan əvvəlki siyahıda Arda 4 milyon avro ilə 16-cı sırada idi.
Hazırda "Başakşəhər”də çıxış edən Turan son zamanlar daha çox qalmaqallarla diqqət mərkəzinə düşür. Məhz bunun sayəsində də futbolçunun qiyməti 33,5 milyon avro aşağı düşüb. Belə ki, bir vaxtlar Ardanın qiyməti 35 milyon avroya qədər yüksəlmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər