Arda Turanın 400 lirəlik tualet kağızına atmaca

Arda Turanın 400 lirəlik tualet kağızına atmaca

"Qalatasaray"ın kapitanı Arda Turanın evində 400 lirə (50 AZN) dəyərində tualet kağızından istifadə etməsi məsxərəyə qoyulub. 

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin sabiq futbolçusu Ümit Karan 35 yaşlı yarımmüdafiəçini ələ salıb. 

Arda Turanın 400 lirəlik tualet kağızına atmaca

"Arda ən dəyərli yerinə sərmayə qoyub" deyərək futbolçu ilə zarafat edib. 

Günlərcə sosial şəbəkədə müzakirə olunan mövzuya Ardanın həyat yoldaşı Aslıhan Doğan Turan aydınlıq gətirib: "Dostumun evində gördüm və çox bəyəndim. Türkiyədə satılmır. Xaricdən sifariş etmişəm. Çox özəl bir şey deyil, amma tapmaq çətindir. Artıq hər ayaqyoluna qoymuram, yalnız qonaqlar üçün nəzərdə tutulan ayaqyolunda olur”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər