Arda Turandan Azərbaycana dəstək: "Bir millət, iki dövlət"

Arda Turandan Azərbaycana dəstək: "Bir millət, iki dövlət"
"Qalatasaray"ın ulduz futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.
 
Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Azərbaycan bayrağının altında çəkilmiş fotosunu paylaşıb.
 
O, fotoya "Bir millət, iki dövlət" rəyini yazıb.
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər