Arda Turana 2 il 8 ay həbs cəzası - ŞOK

Arda Turana 2 il 8 ay həbs cəzası - ŞOK
Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan Arda Turanla bağlı məhkəmə qərar verib.
Fanat.Az xəbər verir ki, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Məhkəmə qərarının elan olunması başqa vaxta saxlanılıb.
Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza kəsilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər