Futboldakı qloballaşma futbolçuların transfer qiymətlərinə böyük ölçüdə təsir edib. Artıq 100 milyon və daha artıq məbləğlər sözh sahibidi. Son illərədək transfer rekordu 105 milyon dollar hesab edilirdisə, PSJ Neymarı 222 milyon avroya heyətinə qataraq bütün rekordları alt-üst etdi.
Bəzi futbolçular performansı ilə dəyərini günü-gündən artırsa da, bəziləri dəyər itirir. Fanat.Az son dövrlər ən çox dəyər itirən 9 futbolçunu təqdim edir.
1. Tomas Müller (Bavariya)
Hazırkı transfer qiyməti: 45 milyon avro
İtirdiyi məbləğ: 30 milyon avro
2. Qaret Beyl (Real)
Hazırkı transfer qiyməti: 70 milyon avro
İtirdiyi məbləğ: 20 milyon avro
3. Xames Rodriges ("Real" "Bavariya"ya icarəyə verib)
Hazırkı transfer qiyməti: 50 milyon avro
İtirdiyi məbləğ: 20 milyon avro
4. Vinsent Kompani (Mançester Siti)
Hazırkı transfer qiyməti: 10 milyon avro
İtirdiyi məbləğ: 20 milyon avro
5. Klaudio Marçisio (Yuventus)
Hazırkı transfer qiyməti: 10 milyon avro
İtirdiyi məbləğ: 18 milyon avro
6. Arda Turan ("Barselona" "Başakşəhər"ə icarəyə verib)
Hazırkı transfer qiyməti: 12 milyon avro
İtirdiyi məbləğ: 16 milyon avro
7. Angel Di Maria (PSJ)
Hazırkı transfer qiyməti: 40 milyon avro
İtirdiyi məbləğ: 15 milyon avro
8. Felipe Luis (Atletiko)
Hazırkı transfer qiyməti: 10 milyon avro
İtirdiyi məbləğ: 15 milyon avro
9. Ueyn Runi (Everton)
Hazırkı transfer qiyməti: 15 milyon avro
İtirdiyi məbləğ: 15 milyon avro
Fanat.Az