Arda Turan Türkiyədə görün hansı kluba keçir

Arda Turan Türkiyədə görün hansı kluba keçir
Arda Turanla bağlı şok iddia səslənib. Fanat.Az xəbər verir ki, "Barselona"dan ayrılacağı gözlənilən futbolçunun Türkiyəyə dönəcəyi iddia olunub.
Lakin gözlənildiyi kimi "Qalatasaray"a yox, "Başakşəhər"ə keçəcək. Futbolçunun meneceri Ahmet Bulut "Beşiktaş" - "Qalatasaray" matçını izləyərək Arda üçün təkliflər aldıqlarını və transferin 15 gün ərzində yekunlaşacağını bildirmişdi. İddia olunur ki, Ahmet Bulutun Türkiyədə danışıqlar apardığı klub "Başakhəhər"di. Tərəflər arasında baş tutan ilk görüş uğurla başa çatıb. Bildirilir ki, Super Liqa klubu Yeni ilə qədər transferi rəsmən açıqlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər