Arda Turan qovuldu - FOTOLAR

Arda Turan qovuldu - FOTOLAR
Arda Turan yeni bir qalmaqalla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, dünən keçirilən və 1:1 hesabıyla bitən "Başakşəhər” - "Sivasspor” oyununda yan xətt hakimi Ardanın qəzəbinə tuş gəlib.
Özünə qarşı qayda pozuntusunun olduğu epizodda lasymanın auta işarə etməsi Ardanı özündən çıxarıb. Onun üzərinə hücum edən futbolçu hakimin yaxasından yapışıb, yumruğunu havaya qaldırıb.
Xatırladaq ki, bir vaxtlar İspaniyada da Arda laysmana ayaqqabısını atmışdı. 
Ardanın bu davranışını oyunun hakimi Yaşar Kamal Uğurlu birbaşa qırmızı vərəqə ilə qiymətləndirib və Turanı meydandan qovub. Ardanın 10 oyuna qədər cəza alması gözlənilir.
 
Arda Turan qovuldu - FOTOLAR Arda Turan qovuldu - FOTOLAR Arda Turan qovuldu - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər