Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək "Altay" heyətini gücləndirməyə çalışır.
Fanat.Az xəbər verir ki, İzmir klubunun transfer siyahısında olan futbolçulardan biri də Arda Turandı. Artıq klub rəhbərliyi "Qalatasaray"ın futbolçusu ilə danışıqlara başlayıb.
"Altay" rəhbərliyi Ardaya kapitanlıq təklif edib. Futbolçu isə bir qədər gözləmək niyyətindədi. Belə ki, Arda qərarını Fatih Terimin "Qalatasaray"dakı taleyi aydınlaşandan sonra verəcək. "İmperator" İstanbul klubunda qalsa, futbolçu da yeni müqavilə imzalayacaq. Əks halda "Altay"a üz tutacaq.
Aydın