Arda Turan koronavirusa yoluxdu

Arda Turan koronavirusa yoluxdu
"Qalatasaray"ın futbolçusu Arda Turan koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu 3 futbolçusunun koronavirisa yoluxduğunu yazmışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər