Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi elan edilib.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin mətbuatı yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğuda türk mütəxəssis 1-ci LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov 2-ci, “Polessya”nın baş məşqçisi Ruslan Rotan 3-cü olub.

Turan geridə qalan mövsümdə “Şaxtyor”u Ukrayna çempionluğuna daşıyıb. "Mədənçilər" onun rəhbərliyi altında UEFA Konfrans Liqasının yarımfinalına qədər də irəliləyib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər