Bu ilin may ayının 4-də "Sivasspor"la oyunda hücum edən və 16 oyunluq cəzalandırılan "Başakşəhər"in futbolçusu Arda Turan yaşıl meydanlara qayıdır.
Fanat.Az xəbər verir ki, sonradan cəzası 10 oyuna endirilən türk futbolçu artıq bu müddəti başa vurub. Ötən mövsümün son 2 və cari mövsümün ilk 8 turunda oynamayan Arda milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra meydana çıxa biləcək. Baş məşqçi Abdullah Avcının onu oktyabrın 20-də "Kayserispor"la oyunda meydana buraxacağı gözlənilir.
Bir müddət zədədən əziyyət çəkən Arda artıq tam olaraq sağalıb. Fasilə səbəbdən əksər futbolçular tətilə yollansa da, Arda tam hazır olmaq üçün hər gün klub bazaına yollanaraq məşq etdiyi bildirilir.
Fanat.Az