Arda Turan: “Barselona” mənim üçün bitdi”

Arda Turan: “Barselona” mənim üçün bitdi”
"Barselona”da sonuncu dəfə meydana çıxdığı günü unudan Arda Turan hazırda İstanbuldadır.
Fanat.Az xəbər verir ki, bundan sonra Kataloniya klubunda oynaya bilməyəcəyini anlayan Arda İstanbul klublarında dönmək istəyir.
Fatih Terimin "Qalatasaray”a gəlişi ilə "sarı-qırmızılar”la danışıqları dayandıran futbolçu indi də "Beşiktaş”la razılağa gəlməyə çalışır. Onun "qara qartallar”da 6 ay üçün 3 milyon avro istədiyi bildirilir.
Fikrət Orman isə müqavilənin 1,5 il müddətinə bağlanmasını istəyir.
Arda özü də yaxın ətrafına "mənim üçün "Barselona” bitdi, "Beşiktaş”da oynamaq istəyirəm” deyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər