Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

Türkiyənin "Eyupspor" klubunun çalışdırıcısı Arda Turan məşqçilik karyerasında nələrə nail olmaq istəməsindən danışıb. 

Fanat.Az xəbər verir ki, “The Coaches' Voice” Ardanın dediklərini belə təqdim edib:

"Bir gün "Atletiko Madrid"ə qayıtmaq və oyunçu kimi nail ola bilmədiklərimi reallaşdırmaq arzusundayam. Yəni “Atletiko"nu şalışdırmaq və onlarla Çempionlar Liqasını qazanmaq istərdim. Bu, mənim əsas məqsədlərimdən biridir”.

"Atletiko Madrid"in və "Barselona"nın keçmiş futbolçusu keçən ilin aprelindən məşqçiliyə başlayıb. Onun komandası hazırda Türkiyənin Birinci Liqasına liderlik edir və artıq Super Liqaya vəsiqəni təmin edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər