Arda Turan 80 ay sonra oynadı, 81 ay sonra qol vurdu

Arda Turan 80 ay sonra oynadı, 81 ay sonra qol vurdu
Arda Turan Türkiyə Super Liqasına dönüşünü qolla qeyd edib. Fanat.Az xəbər verir ki, bir neçə gün əvvəl "Başakşəhər"lə müqavilə imzalayan futbolçu "Bursaspor"la matçda debüt edib.
Start heyətində yer almayan Arda 65-ci dəqiqədə Marsio Mossoronun yerinə meydana daxil olub və 86-cı dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, Arda Super Liqada son oyununu 2011-ci ilin 20 mayında "Qalatasaray"ın heyətində "Konyaspor"a qarşı keçirmişdi (2:0). O, bu gün düz 80 ay sonra Türkiyə çempionatında meydana çıxıb. Futbolçu Super Liqadakı son qolunu isə 2011-ci ilin 18 aprelində "Manisaspor"a vurmuşdu. "Qalatasaray"ın 3:2 hesablı qələbə qazandığı matçda Arda 3 dəqiqəyə 2 qol vurmuşdu. Türkiyə millisinin üzvü 81 ay sonra Super Liqada qol sevinci yaşayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər