Arda Gülərin ​​"Real"da debüt edəcəyi oyun bilindi

Arda Gülərin ​​"Real"da debüt edəcəyi oyun bilindi

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər, nəhayət, noyabrın əvvəlində yeni komandasında debüt edəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Edu Aqirre yayıb.

Mənbənin məlumatına görə, türkiyəli futbolçunun debütü Çempionlar Liqasının qrup mərhələsində “Braqa” ilə oyunda baş tutmalıdır. 

Xatırladaq ki, qarşılaşma noyabrın 8-nə olacaqb.

Arda Gülər ​​ötən yay təxminən 20 milyon avro təzminat qarşılığında Türkiyənin "Fənərbağça" klubundan "Real Madrid"ə keçib. O, müxtəlif zədələrə məruz qaldığı üçün hələ də Karlo Ançelottinin komandasında matça çıxmayıb.

18 yaşlı Arda ​​ötən mövsüm Türkiyə çempionatında 20 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər