Arda Gülerin "Real"dakı aqibəti necə olacaq? -Ançelotti açıqladı

Arda Gülerin "Real"dakı aqibəti necə olacaq? -Ançelotti açıqladı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın iki futbolçusu - Arda Güler və Endriklə bağlı qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Endrik və Arda bu qış komandanı tərk etməyəcəklər. Gənclərə qarşı deyiləm. Karyeram ərzində çox gənclərin xidmətindən istifadə etmişəm".

Bu mövsüm bütün turnirlərdə 17 matça çıxan Güler 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub. 14 qarşılaşmada forma şansı qazanan Endrik isə 2 dəfə rəqib qapılarına yol tapıb. O, həmçinin 1 qola assistentlik də edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər