"Real Madrid"in futbolçusu Arda Gülər karyerasını digər La Liqa klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Defensa Central" yayıb.
Xəbərə görə, "Kral klubu"nun heyətinə düşməyə çətinlik çəkən yarımmüdafiəçi "Las Palmas", "Real Soseydad" və "Malyorka"nın diqqət mərkəzindədir. Mənbə "Real" bosslarının 18 yaşlı türkün icarəyə verilməsini daha uyğun variant saydıqlarını vurğulayıb.
Qeyd edək ki, Arda "Real"a ötən ilin yayında, 20 milyon avro qarşılığında "Fənərbağça"dan transfer olunub.
Nahid Məmmədov