Arda Gülərə İtaliya nəhəngindən təklif gəldi - "Real" satacaqmı? 

Arda Gülərə İtaliya nəhəngindən təklif gəldi - "Real" satacaqmı? 

Türkiyəli vunderkind Arda Gülər ​​"Real Madrid"dən ayrıla bilər.

Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə İtaliyadan təklif gəlib.

Mənbənin məlumatına görə, onunla ​​"Milan" maraqlanırdı.İtaliya nəhəngi onu yanvarda almağa çalışır.

Üstəlik, bu, icarə deyil, satınalmadır. Məbləğin 20 milyon avro olduğu bildirilir.

Gülər ​​hələ "Real Madrid"də debüt etməyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər