Bu yay “Fənərbağça”dan “Real Madrid”ə transfer olunan, bir neçə gün öncə xəsarət alan Arda Gülərin durumu bəlli olub.
Fanat.Az xəbər verir ki, türk vunderkind sağ dizindən zədələnib.
Məşhur ispaniyalı həkim Pedro Luis Ripoll “Marca”ya açıqlamasında 18 yaşlı oyunçunun azı 3 ay yaşıl meydanlardan kənarda qalacağını deyib. O qeyd edib ki, zədə ciddi olarsa, bu müddət 5 ayadək uzana bilər.
Güler azrtıq "Kral klubu"nun ABŞ-dakı düşərgəsindən ayrılaraq Madridə qayıdıb.